Modern.az

Dalaşanları ayırmaq istədi, 2 nəfəri öldürdü  

Dalaşanları ayırmaq istədi, 2 nəfəri öldürdü   

16 Fevral 2017, 21:04

Rusiyanın Tümen şəhərində 30 yaşlı Sergey Talalayev məhkəmə qarşısına çıxarılıb.

 

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Talalayev 2016-cı il oktyabrın 23-də kiçik qardaşının 4 sərxoş kişi ilə mübahisəsinə şahid olub. Sergey mübahisəni dayandırmaq istəyən zaman tərəflər arasında dava başlayıb və nəticədə Talalayev üzərnidəki bıçaqla 46 və 38 yaşında 2 şəxsi qətlə yetirib, öz kiçik qardaşını da bıçaqla yaralayıb.

 

 

Məlumata görə, Sergey Talalayev 20 yaşı olarkən öz doğma atasını da öldürmüşdü.

 

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!