“Ölkə prezidentinin sərəncamı ilə Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi Azərbaycanın inkişafının təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.
Komitə sədri qeyd edib ki, Mehriban Əliyeva ölkəmizin istər siyasi, istər mədəni və idman, istərsə də digər sahələrində uzun illərdir səmərəli fəaliyyəti ilə xalqımızın hər zaman rəğbətini qazanıb.
“Eyni zamanda, ölkəmizin dünyada tanıdılması istiqamətində görülən işlər, Heydər Əliyev Fondunun həyata keçirdiyi uğurlu layihələr hər zaman dövlətimizin inkişafına təkan verib. Əminik ki, yeni vəzifəsində də Mehriban xanım Azərbaycanın daha da çiçəklənməsinə öz tövhəsini verəcək”.
Modern.az