Modern.az

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Aktual

21 Fevral 2017, 18:40

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik  Əhliman  Əmiraslanov  bu  gün Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.

 

Qəbulda həm Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərlə bağlı müraciət edən insanlar, həm də 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif  problemlərin həllində köməklik istəyən seçicilər iştirak etmişdir. Qəbul zamanı  xəstələrin müalicəsi,  müxtəlif cərrahi əməliyyatlar və orqan köçürülməsi ilə bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə əsasən sosial problemlərlə bağlı şikayətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin diqqət mərkəzində olduğunu və həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi.

 

Həmçinin, qəbula müraciət edən vətəndaşları narahat edən bəzi problemlərin aradan qaldırılması məqsədilə onlardan müəyyən sənədlər qəbul edilərək müvafiq orqanlara müraciətlərin hazırlanması  üçün tapşırıqlar verilib.

 

Modern.az

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB