Modern.az

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

21 Fevral 2017, 20:01

Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, Türkiyə prezidenti Azərbaycan prezidentinə zəng edərək xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Türkiyə prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb. Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB