Modern.az

Məşhur azərbaycanlı cərrah estetik əməliyyat olunacaq

Məşhur azərbaycanlı cərrah estetik əməliyyat olunacaq

21 Fevral 2017, 20:28

Məşhur azərbaycanlı cərrah estetik əməliyyat olunacaq. Bu barədə Modern.az-a Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndərli özü məlumat verib.

O qeyd edib ki, insan yaşlandıqca xarici görünüşündən narazı olmağa başlayır: “Təbii ki, hər bir yaşın öz gözəlliyi var. Amma toya, xeyir işə getməyə hazırlaşırsınız. Xanım salona gedib makiyaj etdirməklə kiçik qüsurlarını örtə bilir. Kişilərin isə belə şansı yoxdur. Bu, onun gözəl görünməsi və qarşısındakı insana müsbət enerji verməsi üçündür. Bu baxımdan ehtiyac yarandığı an mütləq estetik əməliyyat etdirəcəm”.

V.Qələndərli qeyd edib ki, estetik əməliyyat insanın psixoloji rahatlığı üçün önəmlidir:

“Nəzərə alaq ki, insanlar xarici görünüşündə olan kiçik qüsurlara, qırışlara, dəri sallanmalarına, piylənməyə görə narahat olur, kompleksə düşür. Hər dəfə güzgüyə baxanda o qüsura diqqət yetirir. Plastik əməliyyat həm də psixoloji cəhətdən insanın rahatlıq tapmasıdır. Əgər bu narahatlığı, kompleksi 45 dəqiqəlik, 1 saatlıq əməliyyatla aradan qaldırmaq mümkündürsə, insan nəyə görə əzab çəkməlidir?”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB