Modern.az

Məktəb direktorunun ölümünə səbəb olan “Yoxlama” bitdi...

Məktəb direktorunun ölümünə səbəb olan “Yoxlama” bitdi...

Aktual

21 Fevral 2017, 21:33

ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin yayımının dayandırılmasına aydınlıq gətirilib. Modern.az saytı xəbər verir ki, bu barədə ATV telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turan İbrahimovun Axşam.az-a verdiyi məlumata görə, verilişin yayımı dayandırılmayıb: “Veriliş növbəti həftədən etibarən ATV-nin efirində olacaq. Hazırda verilişdə bir sıra dəyişikliklər aparılır. "Yoxlama" verilişi ictimai maraqları daha da yaxşı təmin etmək üçün təkmilləşdirilir. Gələcəkdə verilişin təkrarı belə yayımlanacaq".

 

Qeyd edək ki, ATV telekanalının qalmaqallı verilişi olan "Yoxlama" iaşə obyektlərində yoxlamalar aparır. Bu da bir sıra obyektlərin rəhbərliklərinin etirazları ilə qarşılanır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB