Modern.az

Ermənistanda təlaş: sərhəd kəndlərə silah paylayırlar

Ermənistanda təlaş: sərhəd kəndlərə silah paylayırlar

21 Fevral 2017, 22:05

Ermənistan Azərbaycanla həmsərhəd kəndləri silahlandıracaq.

 

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təmas xəttində hərbi gərginlik zamanı əhəmiyyətli obyektlərin qorunması üçün yerli sakinlərə silah verilməsi nəzərdə tutulur.

 

Bundan başqa, hökumət kənd məktəblərinin və bağçaların önündə sədlərin çəkilməsini, ayrı-ayrı yerlərdə bunker tikintisini planlaşdırır.

 

 

Bu planları icra etmək üçün Nazirlər Kabineti yanında müdafiə naziri Viqen Sarkisyanın başçılığı altında komissiya yaradılacaq.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB