“Mehriban xanım tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olub və hazırda günü-gündən artmaqdadır. Onun təşəbbüslərinin, qətiyyətinin nəticəsində Azərbaycan adı ilklər sırasına daxil olub. İstər Avroviziya mahnı müsabiqəsi, istər Avropa Oyunları və bu kimi mötəbər tədbirlərdə gənclərin, könüllülər hərəkatının Azərbaycanda canlanmasının da ideya müəllifidir. Hər zaman insan dəyərlərinə hörmətlə yanaşması, xüsusi qayğıya ehtiyac olan insanlara qarşı humanist yanaşması, rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən hər zaman Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı əvəzsiz rolu, gənclərə dəstək olması Mehriban xanım Əliyevanı seçilənlərdən edib”. Modern.az saytı xəbər verir ki, bunu İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidov dildirib.
MirHəsən Seyidovun sözlərinə görə, Mehriban xanım I vitse-prezident kimi gənclərin inkişafına böyük töhvə verəcək: “Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı böyük işlər görüb. Bu vəzifəsində daha böyük səlahiyyətlərə və imkanlara malik olaraq, Azərbaycanın inkişafına, xalqımızın gələcəyi, gənclərimizin inkişafı naminə çox böyük uğurlara imza atacaq”.
Modern.az