Modern.az

Ramil Usubov Qazaxa yeni rəis göndərdi

Ramil Usubov Qazaxa yeni rəis göndərdi

Aktual

22 Fevral 2017, 10:48

Qazax rayonuna yeni polis rəisi təyin olunub.

APA-nın verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Ədalət Əliyev Qazax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Ə. Əliyev yeni vəzifəyə təyinat almamışdan əvvəl Bakının Nizami Rayon Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Qazaxın keçmiş polis rəisi, polis polkovniki Natiq Həsənov ötən ilin dekabr ayında cərrahi əməliyyatdan sonra dünyasını dəyişmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB