Modern.az

Dünya şahmat kompozisiyasında Azərbaycan imzası - Çempionumuzu tanıyaq

Dünya şahmat kompozisiyasında Azərbaycan imzası - Çempionumuzu tanıyaq

22 Fevral 2017, 17:22

1985-сi ildə nəşrdən çıxan A.Sarıçevin "Azərbaycanda şahmat kompozisiyası" (azərb. dilində) kitabı respublikada şahmat kompozisiyasının o vaxta qədər inkişafı haqqinda  məlumat verirdi.

Kitabda nəinki Azərbaycanın paytaxtını təmsil edən şahmat kompozisiya bəstəçilərindən söhbət gedirdi, həmçinin respublikanin başqa hissələrində yaşayan və fəalliyət göstərən bəstəçiləri də işıqlandırırdı.

 

Bu onu göstərir ki, Azərbaycanın şahmat federasiyanin çərçivəsində olan Azərbaycanın şahmat kompozisiya komissiyasi respublikanin rayonlarında şahmatın bu növünün inkişafına böyük diqqət verirdi.

 

Bəzi adlari çəkək. İsaxan Qarayazlı (Sumqayıt), Murad Muradov və Hacı Məmmədov (Qobustan), Salman Cavadzadə (Gəncə) və başqaları.

 

Bir necə il "Şahmat" qəzetində şahmat kompozisiyası şöbəsinə rəbərlik edən zaman rayonlardan gələn məktublar məni olduqca sevindiridi. Axı bu məktubları yazanlar özlərinin ilk kompozisiyalarını redaksiyaya göndərərək mətbuatda və xüsusi yarışlarda iştirak etməyə nail olurdular.

 

Təxminən 1986-cı ildə  belə bir məktub İmişlidən gəldi. Müəllifi Kənan Vəlixanov idi.

Hələ ilk kompozisiya aləmində edilən sınaqlar bu gəncin istedadını aşkar etdi. Komissiyamız Kənanı dərhal Bakıya təlim məşqlərə dəvət etmişdi. Bu məşqlər öz böhrəsini yavaş-yavaş verirdi.

 

Kənan  Vəlixanov müxtəlif yarışarda istirak etməyə başladı. Onun tərtib etdiyi etüd 1987-ci ildə Rumuniyanın Bülletin Problemistik beynalxalq turnirində yüksək yerə layiq görüldü (1-ci FR). Elə o vaxtdan başlayaraq Kənan bir-birinin ardınca böyük qələbələrə imza atmağa başladı. Beləliklə Azərbaycanda Dünya şahmat kompozisiyasının yeni ulduzu parladı!

 

1970-1980-ci illərdə mən həmkarlarımla  yeni ideyalar (mövzular) axtarışında çox fəal idik. Xoşbəxtlikdən bir neçə yeniliyə imza ata bilmişdik... Bu axtarışları sonralar  Kənan Vəlixanov davam etdirdi!

 

2012-ci ildə Kənandan aldığım məktubun məzmunu məni çox heyrətləndirdi. Məktubun məzmunu Kənanın tətbiq etdiyi yeni mövzudan bəhs edirdi. Axı XXl əsrdə yeni mövzu axtarmaq-tətbiq etmək olduqca müşkül məsələdir.

Mənim bu yeni mövzu haqqda Rusiyada məqaləm çıxdı. Bu gün bu mövzü dünyada  "Vəlixanov mövzusu" kimi tanınır.

 

Bununla kifayyətlənməyən Kənan 2013-cü ildə "QARABAĞ" adlı yeni mövzu tətbiq edərək öz adını dünya şahmat kompozisiyasına qızıl həriflərlə yazdı.

2014-cü ildə K.Vəlixanov İsveçrənin Bern şəhərində keçirilən 57-ci şahmat kompozisiyası üzrə dünya

konqressində iştirak etdi.

O, əvvəlcə dünya kuboku və Olimpiya turnirlərində bürünc medallar qazandı, daha sonra isə Dünya kubokunun və Olimpiya turnirinin qalibi oldu! 2016-cı ildə Belqradda keçrilən ümumdünya şahmat bəstəkarları federasiyası (WFCC)  Kənana beynalxalq dərəcəli hakim titulu verdi. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev öz çıxışlarında istedadlı idmançıların vətənə dönməsini və Azərbaycan idmanının inkişafı üçün çalışmasını söyləyir.

Dəfələrlə Azərbaycanın şahmat kompozisiyası üzrə  yığma komandanın üzvü olan idman ustası Kənan Vəlixanov həmən idmançılardan biridir!

 

Rauf Əlövsətzadə,

Azərbaycanın şahmat kompozisiyası üzrə idman ustası ,

Linkoln ,NE,ABŞ.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB