Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər edəcək.
Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Onun sözlərinə görə, səfər Moskva və Yerevan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili münasibətilə təşkil edilən görüş çərçivəsində baş tutacaq.
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, Sarkisyan səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Mirmahmud KAZIMOĞLU