Modern.az

Rusiyadakı Azərbaycan diasporundan Mehriban Əliyevaya TƏBRİK

Rusiyadakı Azərbaycan diasporundan Mehriban Əliyevaya TƏBRİK

22 Fevral 2017, 17:55

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi dünyanın müxtəlif regionlarında diaspor fəaliyyətilə məşğul olan azərbaycanlılar tərəfindən də yüksək qiymətləndilir.

Bu təyinala bağlı Avropa, Amerika, Asiya regionlarında yaşayan azərbaycanlılar, iş adamları, diaspor nümayəndələri adından Modern.az-ın elektron poçtuna xeyli təbrik məktubu göndərilib.

Belə təbriklərdən biri də Rusyadakı diaspor adından tanınmış iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı”nın sədri, ”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri Fizuli Məmmədovdan gəlib.


O, Mehriban xanım Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin olunmasını ölkəmiz üçün verilən mühüm qərar adlandırıb.

 
“Biz Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını tamamilə dəstəkləyirik. Mehriban xanıma bu yüksək vəzifədə ürəkdən parlaq nailiyyətlər arzu edirik. Hesab edirik ki, bu qərar çoxdan gözlənilən idi. Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin olunması dövlət idarəçiliyində effektivliyi artıracaq. Onun zəngin idarəçilik təcrübəsi və tükənməz bilik ehtiyatı var. Bundan başqa, o bütün dünyada tanınır və dünyanın ən nüfuzlü qadınlarından biri hesab olunur. Mehriban xanım artıq iki onillikdir ki, Azərbaycanı dünya miqyasında layiqli təmsil edir. Bütün dünyada onu tanınmış ictimai-siyasi və dövlət xadimi kimi tanıyırlar.

 
Mehriban xanım möhkəm iradəyə və öz idarəçilik qərarlarında qətiyyətə malikdir. O yüksək rütbəli dövlət xadimləri üçün vacib olan parlaqanalitik düşüncəyə sahibdir.

Mehriban Əliyeva ictimai, humanitar və dövlət fəaliyyətinin müxtəlif sahələrində Azərbaycan xalqı və dövləti naminə əzmlə çalışmışdır. O Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun və Azərbaycanın mədəniyyətinin dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri qismində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq miqyasda sürətlə inkişaf edən müstəqil dövlət kimi tanınması üçün çox işlər görüb”,-deyə bildirən "Dünya Azərbaycanlıları İttifaqı” nın sədri Mehriban Əliyevanın Azərbaycanın beynəlxalq nüfuzunun qaldırılması işinə böyük töhfə verəcəyini vurğulayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB