Modern.az

Ağdaşda ağır yol qəzası: 1 ölü, 3 yaralı

Ağdaşda ağır yol qəzası: 1 ölü, 3 yaralı

24 Fevral 2017, 15:15

 

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 14:00 radələrində Ağdaş-Ləki yolunun 2-ci kilometrliyində, Pirəyir kəndi ərazisində VAZ 2106 və “Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şordəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Nurəliyev Rafael İsfəndiyar oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

 

Pirəyir kənd sakini, 1961-ci il təvəllüdlü Fikrət Dostməmmədov, Şordəhnə kənd sakini, 1989-cu il təvəllüdlü Nuralıyev Nicat Rafael oğlu, Orta Ləki kənd sakini, 1991-ci il təvəllüdlü İlyaszadə İlyas Şahlar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB