Modern.az

İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb

İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırılıb

24 Fevral 2017, 15:26

Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Bu barədə “Report”a partiya başqanı Arif Hacılı məlumat verib.

A.Hacılı bildirib ki, onlar Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə şahid qismində dindirilmək üçün çağırılıblar: “Mühacirətdə olan azərbaycanlılarla bağlı məsələdir. Rəsmi dəvət gəldiyinə görə fevralın 27-də Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olacağıq”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB