Modern.az

Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanlar qızları üstələyib

Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanlar qızları üstələyib

28 Fevral 2017, 12:43

"Ötən ilin statistikasına əsasən, Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı nəzərəçarpacaq qədər artıb”.

 

Modern.az xəbər verir­ ki­, bunu "2017-2025­-ci ­illər üzrə Azərb­aycan­ Respublikası ə­halisi­nin Reprodukti­v Sağla­mlığına dair ­Milli Strategiyanın" ilkin layi­həsinin müz­akirəsinə ­həsr olunan işçi gör­üşdə deputat Məlahət İ­brahimqızı deyib.

Məlahət İ­brahimqızı qeyd edib ki, statistikaya əsasən oğlanların sayı qızlara nisbətən 4-5% artıb.

 “Bu çox ciddi problemdir. Qızların gələcək taleyi hər kəsi düşündürməlidir: “2-3 ildən sonra bu ciddi tendensiyaya səbəb olacaq. 5 il bundan əvvəl bu rəqəmlər 1% idi. Biz bu sahədə geridə qalmış ölkələrin sırasına enə bilmərik”.

Deputat həmçinin deyib ki, hazırda Azərbaycan qızlarının kütləvi şəkildə xarici vətəndaşlar­la ailə qurması ciddi problemdir.

 "Səhiyyə müəssisələrində m­üalicə məqsədi olmasa­ ultrasəs müayinəsini­n (UZİ) keçirilməsi h­ansısa formada tənzim­lənməlidir. Təəssüf ki, UZİ-nin lazım oldu-olmadı, xü­susilə cinsə görə "muş­tuluq" naminə təyin edilməsi halları bu gün də var”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU