Modern.az

Sabah Hacıqabul qazsız qalacaq

Sabah Hacıqabul qazsız qalacaq

Aktual

28 Fevral 2017, 21:11

Sabah qaz təchizatında məhdudiyyətlər olacaq. Modern.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, sabah SOCAR-ın "Qaz İxrac" İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.

Martın 1-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin balansında olan "Kürdmaşı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacı Həsənli, Aşıqbayramlı, Mollaisaqlı, Qarakolluq və Hafizli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU