Modern.az

Yanacaqdoldurma məntəqəsində dava salan sürücü saxlanıldı

Yanacaqdoldurma məntəqəsində dava salan sürücü saxlanıldı

1 Mart 2017, 13:31

Fevralın 28-də Tovuz rayonunun Qovlar şəhərindəki yanacaqdoldurma məntəqələdindən birinə gələn şəhər sakini Elşad Hüseynov "Mercedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib. Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU