Modern.az

Ermənistanda seçicilərin səsini 60 dollara satın alırlar

Ermənistanda seçicilərin səsini 60 dollara satın alırlar

1 Mart 2017, 14:31

Ermənistanda parlament seçkilərinin tarixi yaxınlaşdıqca, siyasi partiyalar arasındakı gərginlik də artır.

 

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səs toplamaq üçün partiyalar öz resurdslarını işə salırlar.

 

“Joxovurd” qəzetinin məlumatına görə, Ararat vilayətində hər seçiciyə 62 dollar rüşvət təklif olunur.

 

“Hakim partiyanın tutduğu adamlar ev-ev gəzərək insanlar 30 min dram (62 dollar) rüşvət təklif edirlər. Qəzetin yazdığına görə seçki tarixi yaxınlaşdıqca, pulun məbləği də artır.

 

Vüqar İSMAYILOV  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU