Modern.az

Naqif Həmzəyev Gəncədə seçiciləri qəbul edib - FOTO

Naqif Həmzəyev Gəncədə seçiciləri qəbul edib - FOTO

1 Mart 2017, 17:10

38 saylı Nizami II (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev müraciətlərlə əlaqədar olaraq seçiciləri qəbul edib. Modern.az xəbər verir ki, təmsil etdiyi dairədə yaşayan 21 nəfər seçici və  müraciət edən vətəndaşı ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

 

Müraciətlər əsasən gənclərin məşğulluğu, sosial və tibbi yardımla bağlı olub. Seçicilərin müraciətlərinin əksər hissəsi yerindəcə həll olunub, bəzilərinin həlli məsələsi ilə bağlı seçicilər müvafiq təşkilatlara yönləndirilib.

 

Qeyd edək ki, Naqif Həmzəyev hər ay Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında mütəmadi olaraq seçiciləri qəbul edir. Qəbula yazılmaq istəyənlər YAP Gəncə şəhər təşkilatının qəbul şöbəsinə müraciət edə bilərlər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU