Modern.az

Rusiya aviasiyası ABŞ-ın müttəfiqlərini bombaladı – Ölənlər var

Rusiya aviasiyası ABŞ-ın müttəfiqlərini bombaladı – Ölənlər var

1 Mart 2017, 22:53

Rusiya və Suriya aviasiyası Əl Bab şəhəri yaxınlığında ABŞ-ın dəstəklədiyi Suriya müxalifətinin mövqelərini bombalayıb.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı müxalif qüvvələr 10-a yaxın döyüşçüsünü itirib.

 

 

Bu barədə İraqdakı ABŞ qoşunlarının komandanı Stüart Taunsend məlumat verib.

 

“Rusiya aviasiyası İŞİD-in mövqelərini bombaladığını düşünərkən bizim müttəfiqlərin – Suriya ərəb koalisiyasının mövqelərinə zərbə endirib. Biz öz rabitə kanalımızla ruslara bombardumanı dayandırmaq barədə tələb irəli sürdük və rus aviasiyası ərazidən geri çəkildi”.

 

 

Generalın fikrincə, 3 fərqli ordunun eyni mövqelərdə yerləşməsi tez-tez belə insidentlərin baş verməsinə səbəb olur.

 

 

Bundan öncə, Rusiya aviasiyası səhvən Türkiyə ordusunun mövqelərini bombalamışdı və 3 hərbçinin ölümünə yol açmışdı.



Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU