Modern.az

Sabiq MTN generallarının növbəti məhkəməsi martın 7-də keçiriləcək

Sabiq MTN generallarının növbəti məhkəməsi martın 7-də keçiriləcək

2 Mart 2017, 18:27

Bu gün Sabunçu Rayon Məhkəməsininin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı F.Əliyevlə bağlı ittihamı aktını elan edib.

 

O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti prosesi martın 7-nə təyin edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU