Modern.az

Əfv Komissiyası 130 müraciətə baxıb

Əfv Komissiyası 130 müraciətə baxıb

2 Mart 2017, 20:42

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya deyib ki, iclasda 130 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU