Modern.az

Neftçalada motosiklet avtomobilə çırpıldı: 4 yaralı

Neftçalada motosiklet avtomobilə çırpıldı: 4 yaralı

2 Mart 2017, 22:58

Neftçalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunda rayonun Xıllı Nərə Balıqartırma Zavodunun yaxınlığında qeydə alınıb.

 

Minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 4 nəfər - rayonun Kürqarabucaq kənd sakinləri, 32 yaşlı Gülmira Samid qızı Səlimova, 11 yaşlı Günel Elşən qızı Səlimova və hələlik adları məlum olmayan digər 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardımdan sonra zərərçəkənlər Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU