Modern.az

Çavuşoğlu : “Almaniya özünü apara bilmir”

Çavuşoğlu : “Almaniya özünü apara bilmir”

Aktual

3 Mart 2017, 11:54

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanı iki standartlar tətbiq etməkdə ittiham edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu ədliyyə naziri Bəkir Bozdağın Almaniyada yerli türk icmaları ilə görüşünün ləğv olunmasına sərt reaksiya verib.

 

“Əgər Almaniya Türkiyə ilə münasibətlərini saxlamaq niyyətindədirsə, onda özünü aparmağı öyrənməlidir”.

 

Berlin və Ankara arasında münasibətlər almaniyalı jurnalist Deniz Yucelin İstanbulda həbs olunmasından sonra pisləşmişdi.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU