Almaniyada polislər tərəfindən ardıcıl 2 dəfə saxlanılan sərxoş sürücü 25 il əvvəl törətdiyi cinayəti etiraf edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı kişi əvvəllər heç zaman cinayət məsuliyyətinə cəlb olunmayıb.
O 1991-ci ildə Bonn şəhərində tanımadığı qadını bıçaqla öldürdüyünü etiraf edib. Polis faktla bağlı araşdırmalara başlayıb.
Vüqar İSMAYILOV