Modern.az

Qatarın altında qalıb ayağı kəsilən şəxs öldü - YENİLƏNİB

Qatarın altında qalıb ayağı kəsilən şəxs öldü - YENİLƏNİB

Aktual

3 Mart 2017, 23:58

Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyərkən qatarın altına düşən şəxs vəfat edib. Modern.az “Report”a istinadən xəbər verir ki, sağ ayağı qatarın altında qalmış şəxs yerləşdirildiyi Gəncə Şəhər Abbas Səhət adına 1 Saylı Xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynovun ayağı bir neçə saat əvvəl Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə teplovozun altında qalmışdı. 

 

 

22:14

 

Gəncə şəhər sakini ehtiyatsızlıq nəticəsində xəsarət alıb. Modern.az Apa-ya istinadən xəbər verir ki, şəhərin Nətavan qəsəbəsində yaşayan 1945-ci il təvəllüdlü Hüseynov Hüseyn Müstəcəb oğlu ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Onun sağ ayağı topuq nahiyəsindən amputasiya olunub. Məlumata görə, qulağı ağır eşidən H.Hüseynov dəmir yol xəttini keçən zaman yıxılıb və qatar onun ayağının üzərindən keçib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU