Azərbaycan prezidenti İlham Əliyevin sabah – martın 5-ə İrana rəsmi səfər edəcəyi gözlənilir. Modern.az saytı “haqqin.az”a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Səfər çərçivəsində Azərbaycan prezidenti İran rəhbərliyi ilə qarşılıqlı siyasi və iqtisadi maraq kəsb edən məsələləri müzakirə edəcək.
Qeyd edək ki, sonuncu dəfə İlham Əliyev 2016-cı ilin fevral ayında İranda rəsmi səfərdə olmuşdu.
Modern.az