Modern.az

Bakı sakininə 38 bıçaq zərbəsi vurulub

Bakı sakininə 38 bıçaq zərbəsi vurulub

Aktual

6 Mart 2017, 10:10

Bakıda 50 yaşlı kişiyə 38 bıçaq zərbəsi vurulub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 

Belə ki, Zabrat qəsəbəsi, Yeni Məhəllə, M.Rəsuızadə küçəsi 5 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Əliyev Nəbi Ağacan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Xəsarət alan N.Əliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsindən sonra ona 38 bıçaq zərbəsi vurulduğu məlum olub. N.Əliyevin vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU