Modern.az

İŞİD ilk dəfə Çini terrorla HƏDƏLƏDİ

İŞİD ilk dəfə Çini terrorla HƏDƏLƏDİ

Aktual

6 Mart 2017, 11:21

İŞİD qruplaşması Çini ilk dəfə hədələyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşmanın hazırladığı videoçarxda Çin Xalq Respublikasının sədri Si Tzinpinin portreti alovlara qərq olur, Çini isə “qan gölü”nünü gözlədiyi bildirilir.

 

Ehtimal olunur ki, videoçarxın hazırlanmasında Çindən gəlib radikallara qoşulan 100-300 arasında uyğur separatçısının adı ilə bağlıdır. Rəsmi Pekin isə uyğur separatçılarının Suriyada özləri üçün düşərgə qurduqları və yeni terror aktları planlaşdırdıqlarını bildirib.

 

Vüqar İSMAYILOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU