Modern.az

Daxili Qoşunların baş komandanının sabiq müavini həbs edilib

Daxili Qoşunların baş komandanının sabiq müavini həbs edilib

6 Mart 2017, 20:37

Rusiya Daxili Qoşunlarının baş komandanının sabiq müavini Vyaçeslav Varçuk saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir. Moskva Qarnizon Hərbi Məhkəməsinin qərarına görə, V.Varçuk iki ay həbsdə qalacaq.

Qeyd edək ki, bir müddət öncə bu işlə əlaqədar Aleksandr Kostin həbs edilib. Ona qarşı iri məbləğdə rüşvət almaq maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, 2015-2016 illərdə A. Kostin Daxili Qoşunlar Baş Komandanlığının rabitə idarəsinə əlavə vəsaitlərin ayrılmasına dair göstərdiyi yardım müqabilində 10 milyon rubl məbləğində rüşvət alıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU