Modern.az

Ərdoğan və Merkel arasında söz savaşı YAŞANDI

Ərdoğan və Merkel arasında söz savaşı YAŞANDI

6 Mart 2017, 21:11

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sözlərinə cavab verib.

 

 

Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, Almaniya hakimiyyətinin siyasətini Hitlerin nasional-sosializm siyasəti ilə müqayisə edən Ərdoğan rəsmi Berlinin türk fəallarının konstitusion dəyişikliklə bağlı mitinqlərinin qadağan olunmasını tənqid etmişdi.

 

 

“Bu sözlərə heç cür haqq qazandırmaq olmaz. Əgər türk siyasətçilər konstitusion dəyişikliyə dəstəklə bağlı kampaniya keçirmək istəyirlərsə, Almaniya qanunlarına hörmət etməlidirlər”.

 

Xatırladaq ki, son vaxtlar Berlin və Ankara arasında münasibətlər kəskin pisləşib.

 

 

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU