Ermənistanın keçmiş prezidenti Robert Koçaryan sakitliyini pozub. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, siyasətçi seçkiqabağı açıqlama yayıb.
“Mən yenə də 2015-ci il konstitusiya dəyişikliklərini uzaq perspektivdə Ermənistan üçün böyük səhv hesab edirəm. Yeni məcəllə bizdəki seçki sistemində möcvud olan ən böyük problemlərin daha da möhkəmlənməsinə yol açır, partiyalararası mübarizə isə yerini şəxsiyyətlərin savaşına verir. Buna görə seçkilərdə ideoloji mübarizənin əhəmiyyəti olmayacaq.
Tərbiyəsiz mühitdə pul kisələrinin mübarizəsi gözlənilir. Əhalinin çox hissəsinin ağır sosial durumda olduğunu nəzərə alaraq, onların puldan imtina etməyərək səs auksionunda iştirak edəcəyini də gözləmək olar”.
Vüqar İSMAYILOV