Modern.az

Avropa İttifaqı Suriya ilə bağlı konfrans keçirəcək

Avropa İttifaqı Suriya ilə bağlı konfrans keçirəcək

Aktual

6 Mart 2017, 23:16

Avropa İttifaqı aprelin 5-də Brüsseldə BMT ilə birgə Suriya ilə bağlı konfrans keçirəcək. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.

Ali nümayəndənin sözlərinə görə, ötən il Londonda keçirilən tədbirin davamı kimi, tədbir Suriyanın və regionun gələcəyinə həsr olunacaq.

Onun sözlərinə görə, konfransın həmsədrləri qismində Almaniya, Küveyt, Norveç, Qətər və Böyük Britaniya çıxış edəcəklər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?