Martın 2-də ABŞ-ın Yəməndə Əl-Qaidəyə qarşı Ərəbistan yarımadasındakı nöqtələrinə endirilən 2 zərbə nəticəsində Əl-Qaidənin 1 üzvü məhv edilib.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, öldürülənin əvvəllər Quantanamo həbsxanasında saxlanıldığı bildirilir.
Pentaqon rəsmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Ceff Devis bildirirb: "Biz keçmiş Quantanamo dustağı olan Yasir əl Silmi-nin ölümünü təsdiqləyə bilərik".
Devis əlavə edib ki, ABŞ son beş gün ərzində yarımadada yaraqlıların mövqelərinə 40-dən artıq zərbə endirib.
Modern.az