Modern.az

Ali məktəbə hazırlaşan abituriyentlərə vacib XƏBƏR

Ali məktəbə hazırlaşan abituriyentlərə vacib XƏBƏR

Aktual

7 Mart 2017, 14:26

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını, hər bir fənn üzrə qəbul imtahanı proqramlarını, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələrini “Abituriyent” jurnalının 1-ci nömrəsində çap edib.

Modern.az xəbər verir ki, jurnalın bu nömrəsində eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları, Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin oxucuların sorğularına cavabları və digər materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU