Modern.az

Bu il sınaq imtahanlarının sayı azaldılacaq

Bu il sınaq imtahanlarının sayı azaldılacaq

7 Mart 2017, 16:03

“Bu il  sınaq imtahanlarının sayı nəzərdə tutulandan az olacaq".

Modern.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 


O,  bildirib ki, hazırda sınaq imtahanları ilə bağlı araşdırma aparılır:

"Sınaq imtahanlarında iştirak qiyməti və cədvəli yaxın günlərdə elan ediləcək. Ötən aylarda fəaliyyət göstərə bilmədiyimiz üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Nəzərdə tutduğumuz kimi çox deyil, 1-2 sınaq imtahanı keçiriləcək".

M.Abbaszadə onu da qeyd edib ki, mart ayının 5-də keçirilən buraxılış imtahanında 6 nəfər telefonla tutulub: "Həmin şəxslərin nəticələri ləğv edilib. Onlar 0 balla ikinci mərhələyə buraxılacaqlar".

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu