Modern.az

Şəkidə ayı 50 yaşlı kişini dişlədi

Şəkidə ayı 50 yaşlı kişini dişlədi

Aktual

7 Mart 2017, 18:55

Şəkidə 50 yaşlı kişini ayı dişləyib.

 

 APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 14 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb.

 

Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, M. Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.

 

Xəstəxanada M. Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu