Modern.az

Kürdəmirdə yük maşını aşıb, sürücü xəsarət alıb

Kürdəmirdə yük maşını aşıb, sürücü xəsarət alıb

7 Mart 2017, 19:01

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam  saatlarında Bakı-Qazax yolunun Kürdəmir  rayonundan keçən hissəsində, yolun 197-ci kilometrliyində qeydə alınıb. Tovuz rayon sakini 1963-cü il təvəllüdlü Nofər Allahverdi oğlu Tağıyevin idarə etdiyi yüklə dolu qoşqulu   "KamAZ " idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə  "KamAZ"ın sürücüsü N.  Tağıyevin xəsarət alıb, maşın isə yararsız hala düşüb.

 

İlkin ehtimala görə, hadisəyə  maşında yaranmış texniki nasazlıq səbəb olub . Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu