Modern.az

"Azərbaycan demokratiyanın müdafiəsini gücləndirməyə çalışır"- Nazir müavini

"Azərbaycan demokratiyanın müdafiəsini gücləndirməyə çalışır"- Nazir müavini

Aktual

7 Mart 2017, 20:41

"Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz iqtisadi fəaliyyətlə bağlı Azərbaycan xarici işlər nazirliyi Avropa Birliyinin xarici siyasət üzrə rəsmisi Federica Mogheriniyə 2 dəfə məktub yazıb. Bu barədə onu da bilgiləndirib. Ancaq hələ də cavab almayıb". Modern.az Azərbaycan Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Brüsseldə Avropa Siyasəti Mərkəzinin təşkil etdiyi müzakirələrdə bildirib.

Mahmud Məmmədquliyev bildirib ki, təzəlikcə Avropa İnvestisiya Bankı Ermənistan və Gürcüstan sərhədində yolun tikintisini maliyyələşdirir: "Bizim təəccübümüzə o səbəb olub ki, burda iştirak edən şirkət Azərbaycanın işğal edilmişərazilərində də qeyri-qanuni tikinti işləri aparıb. Bu bank işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən bir şirkəti işə cəlb edib. Bu tamamilə qəbuledilməzdir”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan demokratiyası gəncdir: "Biz cəmi 20 il öncə demokratiyaya keçmişik. Ona kimi biz insan haqları nədir, insan haqlarının müdafiəsi nədir, bilməmişik. Azərbaycanda insan haqları ilə bağlı hər şey mükəmməl olmasa da, xeyli işlər görülür. Azərbaycandakı insan haqlarının durumunun necəliyinə xeyli maraq var. Xanım Heidi Hautala (Finlandiyadan olan siyasətçi, Avropa Parlamentinin üzvü) Mehman Hüseynov işini vurğuladı. Mən demirəm ki, bu sahədə hər şey əladır. Hər ölkədə -hətta, əsrlər öncə demokratiyanın bünövrəsini qoymuş ölkələrdə də belə problemlər tapa bilərsiniz. Amma bunlara baxmayaraq Azərbaycan insan haqları, təməl azadlıqlar və demokratiyanın müdafiəsini gücləndirməyə çalışır”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu