Modern.az

Qadın münaqişə zəmnində bıçaqlanıb

Qadın münaqişə zəmnində bıçaqlanıb

7 Mart 2017, 21:58

Sabirabadda qadın bıçaqlanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, bıçaqlanma hadisəsi rayonun Ətçələr kəndində qeydə alınıb. Sabirabad rayonunun Yastıqobu kənd sakini, Əhmədov Ramil Namiz oğlu münaqişə zəminində Ətçələr  kənd sakini, 22 yaşlı Maral İmamverdi qızı Allahverdiyevanı bıçaqlayıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu