Modern.az

ABŞ və Avropa Birliyi azərbaycanlı nazirin həbsini ALQIŞLADI

ABŞ və Avropa Birliyi azərbaycanlı nazirin həbsini ALQIŞLADI

7 Mart 2017, 22:57

ABŞ-ın Ukraynadakı səfirliyi və Avropa Birliyinin yerli ofisi Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovun həbsini alqışlayıb.

 

 

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, onların birgə bəyanatında Nəsirovun korrupsiya araşdırmasının davam etdiyi müddət ərzində xidməti vəzifəsindən kənarlaşdırılması və barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçilməsini təqdir edib.

 

 

“Biz son məhkəmə qərarını alqışlayırıq amma həm də xüsusi antikorrupsiya məhkəməsinin vacibliyini qeyd edirik” – deyə bəyanatda deyilir.

 

 

Xatırladaq ki, azərbaycanlı Roman Nəsirov “dövlət əmlakını talamaq” maddəsi ilə həbs olunub. O, Ukrayna büdcəsindən 70 milyon dollardan artıq vəsait talayıb.

 

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu