Modern.az

Lənkəranda tank əleyhinə mina tapıldı

Lənkəranda tank əleyhinə mina tapıldı

8 Mart 2017, 20:14

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Lənkəran şəhəri, dəniz sahilində keçirilən əməliyyat barədə məlumat yayıb. ANAMA-dan Modern.az-a verilən məlumata görə, dəniz kənarında 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Nəticə etibarilə 1 500 kv.m ərazi yoxlanılıb.

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində isə gün ərzində 14 evə baxış keçirilib. Baxış zamanı 1 379 ədəd qəlpə, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi) və 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, nəticə etibarilə 50 913 kv.m ərazi (11 313 kv.m əl ilə, 15 200 kv.m mexaniki üsulla və 24 400 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu