Modern.az

AzTU-da qanvermə aksiyası keçirilib

AzTU-da qanvermə aksiyası keçirilib

Aktual

10 Mart 2017, 14:17

Hər il olduğu kimi bu il də martın 10-da Azərbaycan Texniki Universitetdə qanvermə aksiyası keçirilib.

 

Universitetdə fəaliyyət göstərən bütün işçilər, o cümlədən  tələbələr  qana ehtiyacı olan insanlara  kömək məqsədilə könüllü olaraq qan veriblər.Aksiyasında  iştirak  edənlər müayinədən keçirilib,qan analizi  götürülərək sağlam olub-olmamaları müəyyənləşdirildikdən sonra qan veriblər. Qan verən iştirakçılar daha sonra şirniyyat süfrəsinə dəvət olunublar.

 

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən  əziyyət çəkənlər üçün istifadə olunacaq.

 

Aksiyada iştirak edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov, Tədris hissə müdiri Zəkay Şayev, Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov və Azərbaycan Qızıl Aypara Cəmiyyəti icra katibi Ceyhun Mirzəyev  çıxışlarında aksiyanın xeyirxahlıq və mərhəmət naminə keçirildiyini bildirərək qan verən  universitet əməkdaşlarına, tələbələrə tədbirdə fəal iştirak etdiklərinə görə  təşəkkür ediblər.

 

Qeyd edək ki, Azərbaycan  Respublikasının  Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı  ilə  hər ilin 10 mart  tarixi  Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu