Modern.az

"Oxutmuram, əl çəkin!" - Açıq məktub

"Oxutmuram, əl çəkin!" - Açıq məktub

Aktual

10 Mart 2017, 16:16

Mələk üzlü Məleykə xanımın, daim xalqı düşünən Tarif Şurasının qərarlarını öyrənəndə ali məktəbə qəbul imtahanı verdiyim ili xatırladım. Əslində, uzaq keçmiş deyil, cəmi iki il əvvələ qayıdacam.

İyul ayının isti cırhacırında bir tərəfdən sabah verəcəyim imtahanın həyəcanı, bir tərəfdən də imtahana gedə bilməyəcəyimin qorxusuyla bütün sözlərimi sanki unutmuşammış kimi sadəcə otururdum. Evimizdə pul yox idi. Bir manat olsun belə yox idi. Valideynlərim çox narahat idilər. Nə edəcəklərini bilmirdilər. Onlara acıqlana bilməzdim. Repititorlara verdikləri pulları yadıma salaraq "onlardan daha artığını istəyə bilmərəm" deyirdim. Bir anlıq təsəvvür edin, sabah həyatınızda dönüş nöqtəsi sandığınız imtahanınızdır, amma sizin bu imtahana gedə bilmək üçün bircə qəpik də olsun pulunuz yoxdur. Baxdığım bütün qorxu filmlərindən daha qorxulu idi mənim üçün.

Necəsə 10 manat tapıldı, imtahanı da verdim və hazırda ölkənin ən yaxşı ali təhsil məktəblərinin birində oxuyuram.

İndi soruşuram:

Dəyərli Məleykə xanım, hörmətli Tarif Şurası!

Bu ölkədə mənim kimi onlarla gənc varkən bu qərarınız nə dərəcədə düzgündür? Savadlı olub, lakin bu pulu verə bilməyib də imtahana girə bilməyən gəncləri düşünmədinizmi heç?

Bəs oğlunun ya qızının imtahanı da pulla verəcəyini öyrənən kasıb atanın "Oxutmuram,əl çəkin!" deməyi sizə təsir etməyəcəkmi?

Cücərməmiş taptalamayın bu toxumları...

 

Əsmət ƏHMƏDZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu