Suriya Türkiyə qoşunlarının ölkə ərazisini dərhal tərk etməsini tələb edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu tələblə ölkənin xarici işlər nazirliyi BMT-yə şikayət məktubu göndərib.
Məktubda beynəlxalq birlikdən türk qioşunlarının Suriyadan qısa müddətdə çıxarılması tələb olunur.
Xatırladaq ki, 2016-cı ilin avqustunda başlayaraq Türkiyə Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı keçirir.
Vüqar İSMAYILOV