Modern.az

Salyanda 16 yaşlı qızı avtomobil vurub

Salyanda 16 yaşlı qızı avtomobil vurub

Aktual

10 Mart 2017, 20:00

Salyan rayonunda 16 yaşlı piyadanı avtomobil vurub. Hadisə Salyan şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. Modern.az "Report"a istinadən xəbər verir ki, həmin küçədə, ev 241 ünvanında yaşayan Ləman Qubad qızı Qubadovanı ictimai nəqliyyatdan düşüb yolu keçmək istəyərkən avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.  Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu