Modern.az

İsmayıllıda polisə qumbara atılıb

İsmayıllıda polisə qumbara atılıb

Aktual

10 Mart 2017, 20:44

Bu gün polis İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanan Kazımov Zakir Əhəd oğlunu saxlamaq istəyərkən, cinayətkar özünü müdafiə etmək məqsədilə əlindəki qumbaranı kafenin ərazisinə atıb. Modern.az xəbər verir ki, bu barədə Virtualaz.org-a İsmayıllı Rayon Polis Şöbəsindən məlumat veriblər.

Məlumata görə, baş veran partlayış nəticəsində rayon sakini Səfa Məlikov ayağından yaralanıb. Onun vəziyyətinin sabir olduğu deyilir. Partlayış nəticəsində başqa zərərçəkən olmayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu