Ermənistan 2017-ci ilin yanvarında hərbi xərclərini ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% artırıb.
Modern.az xəbər verir ki, Ermənistan Statistika Xidmətinin açıqladığı məlumata istinadən xəbər verir ki, ötən il müdafiə xərclərinə büdcədən 9,5 milyard dram (18,5 milyon dollar) ayırdığı halda, bu ilin yanvarında həmin məbləğ 11,6 milyard dram (22,5 milyon dollar) təşkil edib.
Ümumlikdə, Ermənistan 2017-ci ildə hərbi sahəyə 439,7 milyon dollar ayırıb. 2016-cı ildə bu rəqəm 404 milyon dollar təşkil edib.
Vüqar İSMAYILOV