Modern.az

Roma Papasından müsəlmanlara yardım

Roma Papasından müsəlmanlara yardım

Aktual

10 Mart 2017, 22:18

Roma Papası Fransisk Roma yaxınlığında yerləşən Ariçça şəhərciyində Suriyaya həsr olunan xüsusi messa keçirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidməti rəhbərinin müavini Qarsiya Oveyero məlumat verib.

 

Vatikanın rəsmi nümayəndəsinin sözlərinə görə, həmin messa zamanı Roma Papası Hələb şəhərindən olan kasıblara yardım üçün 100 min avro ayrılması barədə qərar verib.

Oveyero qeyd edib ki, həmin vəsait Müqəddəs Taxt-tac adından ianə paylanması ilə məşğul olan xüsusi idarə tərəfindən ünvana çatdırılacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu