Modern.az

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada yaralanan daha bir tələbə öldü

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada yaralanan daha bir tələbə öldü

Aktual

11 Mart 2017, 09:42

Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada xəsərət alan Lalə Nəsirzadə ölüb. 

Modern.az xəbər verir ki,  18 yaşlı Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib. 

O, 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində komada idi. 

O, Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.

Xatırladaq ki,  martın 9-da səhər saatlarında Bakı-Sumqayət yolunda ağır qəza olub.

Qəza zamanı Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova vəfat etmişdi.

Daxili İşlər Nazirliyindənbildirilib ki, hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

"Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu